"Fənərbaxça"nın futbolçusu Dieqo Rossi karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, uruqvaylı vingerin xidmətində "Torino" maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyası təmsilçisi qış transfer pəncərəsi zamanı İstanbul klubuna 7 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Fənərbaxça" Dieqo Rossini 2021-ci ilin yayında "Los Anceles"dən transfer edib. 24 yaşlı futbolçu cari mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 22 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Fənərbaxça" ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi
