Fransanı finala yüksəldən qələbə - VİDEO

00:58 - 15 Dekabr 2022

Dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, bu gün Fransa və Mərakeş milli komandaları üz-üzə gəlib. Qarşılaşma son dünya çempionlarının 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Fransa qələbə sayəsində adını finala yazdırıb. Didye Deşamın yetirmələri həlledici görüşdə Argentina ilə qarşılaşacaq. Final oyunu 18 dekabr tarixində baş tutacaq.

 

Fransa - Mərakeş 2:0

Qollar: Teo Hernandes, 5, Randal Kolo Muani, 80

 

Xəbər xətti