Azərbaycan klubu məğlub oldu

09:57 - 15 Dekabr 2022

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış Kubokunda növbəti matçına çıxıb. 

Sportal.az xəbər verir ki, sözügedən komanda 1/16 final mərhələsinin ilk matçında Almaniyada “VfB SUHL Thüringen”lə qarşılaşıb.

Görüş almaniyalıların 3:1 (25:15, 23:25, 25:20, 25:16) hesablı qələbəsi ilə başa çatıb.

Cavab görüşü dekabrın 15-də eyni məkanda olacaq. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, oyunlar Almaniyada keçirilir.

Xəbər xətti