Fransa millisinin qapıçısı mütləq rekordçu ola bilər

11:09 - 15 Dekabr 2022

Fransa millisinin qolkiperi Huqo Lloris Manuel Noyerin dünya çempionatlarındakı rekordunu təkrarlayıb.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, təcrübəli qapıçı dünya çempionatının yarımfinal mərhələsinin Mərakeşlə görüşünə çıxaracaq 19-cu oyununu keçirmiş olub.

36 yaşlı futbolçu bununla da, Zepp Mayer və Klaudio Taffareli də, geridə qoyub. Adıçəkilən qapıçılar mundiallarda 18 oyun keçirmişdi.

Xatırladaq ki, Fransa Mərakeşə 2:0 qalib gələrək finala adlayıb.

Dekabrın 18-də Argentinaya qarşı final görüşündə Lloris meydana çıxarsa, o, mütləq rekordçu kimi tarixə keçəcək. 

Xəbər xətti