"Qalatasaray" Fransadan oyunçu ilə danışıq aparır

11:35 - 15 Dekabr 2022

"Qalatasaray" heyətini qışda gücləndirəcək.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul nəhəngi "Tuluza"nın 27 yaşlı yarımmüdafiəçisi Branko van den Bomeni transfer etmək niyyətindədir.

"Cim-bom" bu mövsüm Fransa çempionatında 15 oyuna 1 qol vurub, 4 assist edən niderlandı üçün hərəkətə keçib.

Türkiyə nəhənginin Brankonu icarəyə götürəcəyi, mövsüm sonunda isə transfer hüququna yiyələnəcəyi ehtimal edilir. Onun transfer dəyəri 7 milyon avro olduğundan, "Qalatasaray" bunu ödəmək fikrində deyil 

27 yaşlı yarımmüdafiəçi "Eyndhoven", "Hereneven", "Villem II", "De Qraafşap"da oynayıb və 2020-ci ildə "Tuluza"ya keçib.

Xəbər xətti