“Atletiko”nun portuqaliyalı futbolçusu Joao Feliks İspaniyanın paytaxtını tərk etmədən klubunu dəyişə bilər.
Sportal.az “goal.com”a istinadən xəbər verir ki, onun agenti Jorje Mendes “Real”a təklif edib.
23 yaşlı futbolçu “Atletiko”nun düşərgəsini çoxdandır tərk etmək istəyir. “Arsenal” onu transfer etmək istəsə də, futbolçu özü Londonu bəyənmədiyinə görə, “topçular”ın təklifindən imtina edib.
O, “Real”a keçmək arzusundadır. Razılıq əldə olunarsa, futbolçu qışda "kral klubu"nun düşərgəsinə qoşulacaq.
saytlarin hazirlanmasi
