Benzemanın millinin düşərgəsinə qoşulmasına icazə verildi

13:43 - 15 Dekabr 2022

"Real"ın rəhbərliyi və məşqçilər korpusu komandanın fransalı hücumçusu Kərim Benzemaya DÇ-2022-nin finalı üçün Qətərə getməsinə icazə verib.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, söhbət onun turnirdə iştirakından deyil, yalnız komandanın yerləşdiyi düşərgəyə baş məkməsindən və komanda yoldaşlarını dəstəkləməsindən gedir.

Həmçinin qeyd olunur ki, zədələnməsinə və milli komandanın düşərgəsini tərk etməsinə baxmayaraq, Benzema dünya çempionatının medalına yiyələnə bilər.

Çünki onun adı sifariş ərizəsindəndən çıxarılmayıb. 

 

Xəbər xətti