Rumıniya mətbuatı "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın "Universitatya Krayova"ya rəhbərlik edəcəyi təqdirdə, özü ilə birlikdə bu komandaya aparacağı futbolçunun adını da qeyd edib.
Sportal.az "Oltenia TV"yə istinadən xəbər verir ki, Bakı təmsilçisinin kapitanı Emin Mahmudovun Krayova klubuna keçidi gündəmdədir.
Rumıniyalı həmkarlarımız Mahmudovun bu komandaya keçmək ehtimalı barədə bunları yazıb:
"30 yaşlı Mahmudov Bakı klubunun ən yaxşı oyunçusu hesab olunur. O, bu mövsüm ölkə çempionatında keçirdiyi 16 matçda 9 qol vurub, 3 assist edib".
saytlarin hazirlanmasi
