Portuqaliya millisinin üzvü Rafael Leao "Milan"dakı komanda yoldaşı, Fransa yığmasının müdafiəçisi Teo Hernandezin performansını xüsusi qiymətləndirib.
Sportal.az xəbər verir ki, 25 yaşlı portuqaliyalı sosial şəbəkə hesabında Teo haqda paylaşım edib.
O, dünya çempionatının yarımfinal mərhələsinin Fransa - Mərakeş görüşündən sonra "Teo dünyanın ən güclü sol cinah müdafiəçisidir" yazıb.
Xatırladaq ki, Fransa millisinin üzvü Mərakeşi 2:0 məğlub etdikləri görüşdə ilk qolun müəllifi olub.
