"Çelsi" "Barselona"nın oyunçusu üçün 50 milyon ödəyəcək

14:38 - 15 Dekabr 2022

"Barselona"nın hücumçusu Usman Dembele yay "transfer pəncərəsi"ndə 50 milyon avroya "Çelsi"yə keçə bilər.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, fransız hücumçunun "Barselona" ilə müqaviləsi 2024-cü ildə başa çatır.

"Zadəganlar"ın baş məşqçisi Qrem Potter fransalının xidmətində maraqlıdır.

"Barselona" isə fransalı ilə müqavilə müddətini artırmaq niyyətindədir.

Dembele 2017-ci ildə "Borussiya"dan 140 milyon avroya "Barselona"ya keçib.

Xəbər xətti