AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
"Kəpəz" - "Turan Tovuz" oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin.
"Səbail" - "Sabah" oyununda ikincilərin 94 nömrəli futbolçusu Nicat Mehbalıyev oyunun 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin.
"Səbail" - "Sabah" oyununda "Sabah" klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin.
