Millimizin rəqibi baş məşqçi axtarır

18:15 - 15 Dekabr 2022

Avro-2024-ün seçmə mərhələdə Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasına baş məşqçi axtarılır.

 

Sportal.az xəbər verir ki, Belçika Futbol Federasiyası rəsmi saytında bununla bağlı elan paylaşıb. Uyğun namizədlərin CV-lərinə baxıdıqdan sonra seçim ediləcək.

 

Belçika millisini Roberto Martines çalışdırırdı. İspaniyalı məşqçi DÇ-2022-dəki uğursuz nəticədən sonra postunu tərk edib.

 

Qeyd edək ki, millimiz "qırmızı şeytanlar"la ilk oyunu 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşünü isə noyabrın 19-da Brüsseldə keçirəcək.

Xəbər xətti