"Real" 16 yaşlı hücumçunu transfer etdiyini açıqladı

18:32 - 15 Dekabr 2022

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "kral klub" Braziliyanın "Palmeyras" klubundan Endriki transfer edib. Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Hazırda 6 yaşı olan hücumçu 2024-cü ilin iyul ayında "Real"a qoşulacaq. Gənc forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq. Futbolçu "Real"a qoşulana qədər "Palmeyras"da çıxış edəcək.

 

Qeyd edək ki, Endrik "Palmeyras"ın yetirməsidir. O, bu ilin yayından əsas komandada çıxış edir və meydana çıxdığı 2 matçda 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti