Portuqaliya millisinin baş məşqçisi ilə yollar ayrıldı

20:28 - 15 Dekabr 2022

Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santos istefaya göndərilib.

 

Sportal.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Rəsmi açıqlamanın yaxın zamanda ediləcəyi gözlənilir. Dünya çempionatındakı uğursuz çıxışa görə 68 yaşlı mütəxəssislə yollar ayrılıb.

 

Qeyd edək ki, Fernando Santos 2014-cü ildən Portuqaliya millisinə rəhbərlik edirdi. Komanda Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Mərakeşə 0:1 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Xəbər xətti