Argentina - Fransa matçının hakimi açıqlandı

20:44 - 15 Dekabr 2022

DÇ-2022-nin Argentina ilə Fransa arasında keçiriləcək final matçının hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada ədaləti polşalı hakimlər briqadası qoruyacaq. Matçın baş hakimi Şimon Marçinyak olacaq. Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək. Görüşün VAR hakimi isə Tomaş Kvyatkovski olacaq.

 

41 yaşlı referi mundialda daha əvvəl Fransa-Danimarka və Argentina - Avstraliya görüşünü idarə edib.

 

Qeyd edək ki, Argentina - Fransa oyunu 18 dekabr tarixində keçiriləcək və Bakı vaxtilə saat 19:00-da start götürəcək.

Xəbər xətti