Ölkəmizi avrokubokda təmsil edən kişi voleybolçulardan ibarət "Murov" klubu Çelenc kubokunda mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, təmsilçimiz 1/8 final mərhələsinin cavab matçında Niderlandın "Orion" kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 3: hesablı qələbəsiylə yekunlaşıb.
"Murov" ilk oyunda da eyni hesabla məğlub olduğu üçün avrokuboklarda mübarizəni dayandırıb.
Çağırış kuboku
1/8 final, cavab oyunu
"Murov" - "Orion" 1:3 (23:25, 25:22, 23:25, 22:25)
