Mərakeş milli komandası DÇ-2022-nin yarımfinal mərhələsində Fransaya 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, Afrika təmsilçisinin futbolçusu Əşrəf Hakimi sosial şəbəkə hesabında paylaşım edib. 24 yaşlı sağ cinah müdafiəçisi son saniyəyə kimi bübarizə apardıqlarını deyib:
"Hər şeyimizi verdik. Bir komandanın, bütöv bir ölkənin arzusu bitdi. Amma biz etdiklərimizlə fəxr etməliyik. Son saniyəyə qədər mübarizə apardıq və başımız dik ayrıldıq. Bundan sonra da millət üçün var gücümüzlə çalışacağıq. Dəstəklərinə görə bütün mərakeşlilərə təşəkkür edirik".
Qeyd edək ki, Mərakeş yığması DÇ-2022-də üçüncü yer uğrunda Xorvatiya ilə qarşılaşacaq. Bu görüş 17 dekabr tarixində baş tutacaq.
saytlarin hazirlanmasi
