Xorvatiya - Mərakeş matçı qətərlilərə tapşırıldı

22:34 - 15 Dekabr 2022

DÇ-2022-də üçüncü yer uğrunda keçiriləcək Xorvatiya - Mərakeş matçının hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada ədaləti Qətərdən olan hakimlər briqadası qoruyacaq. Görüşün baş hakimi Əbdülrəhman Əp-Jassim olacaq. Ona həmyerliləri Taleb Əl-Marri və Saud Əl-Maqale kömək edəcəklər. Dördüncü hakim funksiyasını Braziliyadan olan Rafael Klaus yerinə yetirəcək.

 

Qeyd edək ki, Xorvatiya - Mərakeş oyunu 17 dekabr tarixində, Bakı vaxtilə saat 19:00-da baş tutacaq.

Xəbər xətti