Azərbaycanı avrokubokda təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çağırış Kubokunun 1/16 final mərhələsində növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, Eldar Yusubovun rəhbərlik etdiyi kollektiv Almaniyanın “VfB SUHL Thüringen" komandasına uduzub - 0:3. İlk matçda da rəqibinə məğlub olan (1:3) "Azərreyl" mübarizəni dayandırıb.
Çağırış kuboku
1/16 final, cavab oyunu
“VfB SUHL Thüringen" - "Azərreyl" 3:0 (25:15, 25:17, 25:9)
