Messi zədəyə görə millinin məşqinə qatılmadı

10:15 - 16 Dekabr 2022

Argentina milli komandası DÇ-2022-nin finalında Fransa seçməsi ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, cənubi amerikalılar bu matçın hazırlıqlarını davam etdirir.

 

Komandanın dünən baş tutan məşqində kapitan Lionel Messi iştirak etməyib. Sol ayağında ağrılar olan 35 yaşlı hücumçu hazırlıq prosesini buraxmalı olub. Lakin Messinin zədəsi o qədər də ciddi deyil və o final görüşündə oynaya biləcək.

 

Qeyd edək ki, Argentina - Fransa oyunu 18 dekabr tarixində keçiriləcək və Bakı vaxtilə saat 19:00-da start götürəcək.

Xəbər xətti