Benzema oynamasa da, dünya çempionatının medalını qazanacaq

12:42 - 16 Dekabr 2022

Kərim Benzema Fransa milli komandasının düşərgəsini zədə səbəbindən tərk etsə, də mundialın medalını əldə edəcək.

 

Sportal.az xəbər verir ki, buna səbəb 35 yaşlı hücumçunun adının 26 nəfərlik heyətdən kənarlaşdırılmamasıdır. Benzemanın zədələnməsinə baxmayaraq, baş məşqçi Didye Deşam onun əvəzinə miiliyə yeni futbolçu dəvət etməyib.

 

Əgər Fransa seçməsi dünya çempionu olsa, Kərim Benzema da qızıl medal və FIFA-nın ayırdığı 40 milyon avroluq mükafatdan digər oyunçular qədər pay alacaq. "Xoruzlar" finalda uduzsa, "Real"ın forvardına gümüş medal təqdim olunacaq.

 

Qeyd edək ki, Fransa millisi dünya çempionatının finalında Argentina ilə qarşılaşacaq. Matç 18 dekabr tarixində Bakı vaxtilə saat 19:00-da start götürəcək.

Xəbər xətti