İspaniyanın "Atletiko" klubu heyətini türk futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Altay"ın müdafiəçisi Efe Sarıkayanı diqqətə alıb. La Liqa klubu 17 yaşlı mərkəz müdafiəçisi ilə maraqlaandığını rəsmi məktubla izmirlilərə bildirib. Yaxın zamanda tərəflər arasında transferlə bağlı danışıqların başlayacağı bildirilir.
Gənc müdafiəçi ilə "Atletiko"dan başqa Avropanın bir neçə klubu da maraqlanır.
Qeyd edək ki, Efe Sarıkaya "Altay"ın yetirməsidir. Türkiyə U-17 millisinin üzvü cari mövsümdə I Liqa təmsilçisinin heyətində 15 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
