Xorvatiya milli komandası DÇ-2022-də üçüncü yer uğrunda Mərakeşlə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Avropa təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq. "Damalılar"ın müdafiəçisi Yosip Yuranoviç zədə səbəbindən komandasına kömək edə bilməyəcək. 27 yaşlı futbolçu 10 gün məşqlərdən uzaq qalacaq.
Qeyd edək ki, Xorvatiya - Mərakeş qarşılaşması 17 dekabr tarixində, Bakı vaxtilə saat 19:00-da baş tutacaq.
saytlarin hazirlanmasi
