Valid Reqraqi: "Fransa ilə matçda bir penaltimiz verilməli idi"

14:59 - 16 Dekabr 2022

Mərakeş milli komandası dünya çempionatının üçüncü yeri uğrunda Xorvatiya seçməsi ilə üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, Afrika təmsilçisinin baş məşqçisi Valid Reqraqi matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 47 yaşlı mütəxəssis mundialın bürünc medalını qazanmaq istədiklərini deyib:

 

"Sabah qrup mərhələsinin ilk turunda Xorvatiya ilə keçirdiyimiz oyundan tam fərqli matç olacaq. Açıq oyun gedəcəyini düşünürəm. Komandama güvənirəm. Meydanda yaxşı mübarizə göstərəcəyimizə inanıram.

 

Bizim üçün hər matç önəmlidir. Qalib gəlməyi hədəfləyirik. Dünya üçüncüsü olaraq FIFA-nın reytinq cədvəlində mövqeyimizi yüksəltmək istəyirik. Dünya çempionatını üçüncü yerdə bitirməyimiz və ölkəmizə medalla qayıtmağımız möhtəşəm bir şey olacaq. Mərakeş futbolçu üçün daha yaxşı gələcəyin yolunu açmaq istəyirik.

 

Reqraqi Mərakeş Futbol Federasiyasının DÇ-2022-nin Fransa ilə keçirilən yarımfinal matçının hakimi Sezar Ramosdan FIFA-ya şikayət etməsi ilə bağlı da fikrini bildirib:

 

"Doğru və haqlı hərəkətdir. Ancaq bu, artıq heç nəyi dəyişdirməyəcək. O matçda bir penaltimiz verilməli və Bufala sarı vərəqə göstərilməməli idi".

 

Qeyd edək ki, Xorvatiya - Mərakeş qarşılaşması 17 dekabr tarixində, Bakı vaxtilə saat 19:00-da baş tutacaq.

Xəbər xətti