Kapitan: "4 il öncəki təcrübəmiz bizə kömək olacaq"

13:51 - 17 Dekabr 2022

Fransa milli komandası DÇ-2022-nin final matçında Argentina ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransınds Avropa təmsilçisinin kapitanı Yuqo Loris mətbuat konfransında iştirak edib. 35 yaşlı qapıçı ardıcıl ikinci dəfə dünya çempionu olaraq tarix yazmaq istədiklərini deyib:

 

"Fransız xalqının arxamızda olduğunu bilirik. Özümüzə inanmağımız önəmlidir. Turnirə belə başladıq, belə də davam edirik. 4 il öncə final oynamışıq. Sabahkı görüşü də qazanmaq istəyirik. Messi futbol tarixi baxımından çox şey ifadə edir. Amma bu oyun Fransa və Argenetina arasında olacaq. 4 il öncəki təcrübəmiz bizə kömək olacaq. Tarix yazmaq istəyik. Oyuna tam hazırıq.

 

Bilirik ki, gərgin oyun olacaq. Argentina böyük futbol ölkəsidir. Yalnız bir futbolçuya köklənməli deyilik. Argentina milliisinin heyətində yaxşı gənc oyunçular var. Rəqibin bütün oyunçularına diqqət etməliyik".

 

Qeyd edək ki, Argentina - Fransa qarşılaşması sabah Bakı vaxtilə saat 19:00-da baş tutacaq.

Xəbər xətti