Peru milli komandasının sabiq futbolçusu Cefferson Farfan peşəkar karyerasını baş vurub.
Sportal.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında məlumat verib. Təcrübəli forvard azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, peşəkar karyerasına ölkəsinin "Alyansa Lima" klubunda başlayan Cefferson Farfan daha sonra PSV, "Şalke", "Lokomotiv" və "Əl-Cəzirə"də oyanıb. O, Peru millisinin heyətində meydana çıxdığı 93 rəsmi matçda 29 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
