Sürpriz iddia: "Mançester Yunayted" ulduz futbolçunu transfer edir?

16:34 - 17 Dekabr 2022

"Mançester Yunayted" üçün sürpriz transfer iddiası irəli sürülüb.

 

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Atletiko"nun yarımmüdafiəçisi Antuan Qrizmannı heyətinə qatmaq istəyir. Premyer Liqa təmsilçisi hücumda olan problemi fransalı futbolçu ilə aradan qaldırmağı planlaşdırır.

 

Qrizmannın DÇ-2022-də göstərdiyi performans "Mançester Yunayted"in məşqçilər korpusunun diqqətini cəlb edib. Mundial bitdikdən sonra "Atletiko" ilə danışıqların başlayacağı bildirilir.

 

"Mançester Yunayted" həmçinin PSV-dən Kodi Qakpo, "Benfika"dan Qonçalo Ramos və "Yuventus"dab Duşan Vlahoviçlə də maraqlanır.

Xəbər xətti