Fransa millisi dünya çempionatının finalında aparıcı forvardının xidmətindən istifadə etməyə bilər.
Sportal.az xəbər verir ki, fransızların əsas hücumçusu Olivye Jirunun dizində ağrılar olduğundan, onun Argentinaya qarşı matçda meydana çıxması sual altındadır.
36 yaşlı hücumçu hazırda həkim nəzarətindədir və ona icazə verilərsə, meydana çıxacaq. Əks halda, o, həlledici matçı ehtiyat skamyadan izləməli olacaq.
Təcrübəli forvard mundialda 5 görüşə çıxıb 4 qol vurub.
Argentina - Fransa matçı bu gün saat 19:00-da başlanılacaq.
