"Sabah" bu oyunçuların xidmətindən istifadə edə bilməyəcək

11:12 - 18 Dekabr 2022

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Səbail”lə qarşılaşacaq “Sabah” qarşılaşmaya itkilərlə çıxacaq. 

Sportal.az saytına verilən məlumata görə, Masazır klubunun aparıcı oyunçuları Elvin Camalov, Zurab Oçiqava və Nicat Mehbalıyev cəza səbəbindən oynaya bilməyəcək. Yeni əməliyyat edilən Namiq Ələsgərov isə hələ hazır olmadığına görə, meydanda olmayacaq. 

"Sabah" – "Səbail" görüşü dekabrın 19-u "Bank Respublika Arena" stadionunda keçiriləcək və saat 19:00-da başlanılacaq.

Xəbər xətti