"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Liqa Kubokunun 1/8 finalında "Liverpul"la oyundan əvvəl bildirib ki, hazırda onun sərəncamında praktiki olaraq heç bir oyunçu yoxdur.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis heyətlə bağlı çatışmazlıqların olduğunu deyib:
"Hazırda ixtiyarımızda dörd-beş oyunçu var. Qalanların nə vaxt qayıdacaqlarını gözləmək lazım gələcək. Oyunçularımız yoxdur. Çünki futbolun böyük beyinləri bu cür təqvimi hazırlayıb. Amma bizim “Liverpul”a qarşı oyunumuz var. Bununla belə, oyunçular tədricən geri qayıdırlar. İngiltərə və Portuqaliya milli komandalarının futbolçuları tezliklə düşərgəyə qoşulacaq. Alvarez 2022-ci il dünya çempionatının finalında oynayacaq, bir neçə gün dincələcək və o da dönəcək".
