Xorvatiya millisinin kapitanı Luka Modriç yığmadakı karyerasını başa vurmayacaq.
Sportal.az xəbər verir ki, bu haqda 37 yaşlı yarımmüdafiəçi dünya çempionatının 3-cü yer uğrunda keçirilən Mərakeşlə görüşündən (2:1) sonra deyib.
O, bildirib ki, millidə oynamağa davam edəcək. Modriç Millətlər Liqasının matçılarında Xorvatiyaya kömək edəcək.
2006-ci ildən Xorvatiya millisində oynayan təcrübəli futbolçu 162 matça çıxıb 23 qol vurub.
