Argentina millisinin heyətində 1986-cı ilin dünya çempionu Xorxe Valdano DÇ-2022-nin final oyunu ərəfəsində “albiseleste”nin kapitanı Lionel Messinin dünya çempionu olmağa layiq olduğunu vurğulayıb.
Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, Valdano bu cür danışıb:
“İlahi ədalət varsa, Messi dünya çempionu olmalıdır. Çünki o, buna layiqdir. Amma bunu emosional olaraq deyirəm. Başqa fikirlər də keçərlidir. İlahi ədalət isə adətən nadir hallarda olur”.
Xatırladaq ki, Argentina - Fransa matçı saat 19:00-da start götürəcək.
