Fransa millisinin üzvü "Atletiko"ya doğru

14:42 - 18 Dekabr 2022

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyu "Atletiko"ya keçə bilər.

Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, fransalı 2022-ci il dünya çempionatındakı çıxışı ilə Madrid klubunun rəhbərliyini heyran edib.

“Qoca sinyora” ilə müqaviləsi 2023-cü ilin yayına qədər olan yarımmüdafiəçinin “Atletiko”ya keçib-keçməyəcəyi mundialdan sonra dəqiqləşəcək. 

27 yaşlı futbolçu PSJ yetirməsidir, “Tuluza”da oynadıqdan sonra 2019-cu ildə “Yuventus”a keçib.

 

Xəbər xətti