"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets cari mövsümün sonunda komandanı tərk edəcək.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, futbolçunun komandada qalması üçün hətta kataloniyalıların baş məşqçisi Xavi də razı sala bilməyib.
Busketsin "Barselona" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.
34 yaşlı futbolçu 2008-ci ildən “Barsa”nın əsas komandasında çıxış edir.
