Xorvatiya millisinin müdafiəçisi Yosip Stanişiç Luka Modriç haqda fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "MagentaTV"yə danışan 22 yaşlı müdafiəçi bunları deyib:
"Biz gördük ki, Modriç görkəmli futbolçu olaraq qalır. Ümid edirəm ki, o, milli komandada oynamağa davam edəcək. Əminəm ki, belə olacaq. Luka bütün zamanların ən yaxşı xorvatiyalı futbolçusudur".
Almaniyada dünyaya göz açan Yosip "Bavariya" yetirməsidir və o, 2021-ci ildən Münhen klubunun əsas komandasında oynayır.
