İngiltərə millisinin baş məşqçi postunda dəyişiklik edilməyəcək.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Qaret Sautqeyt hazırkı postunda yoluna davam edəcək.
O, minimum AVRO-2024-ə qədər komandada qalmaq niyyətindədir. İngiltərə Futbol Assosiasiyasının da, ingiltərəli mütəxəssisin qərarını dəstəkləyəcəyi gözlənilir.
Xatırladaq ki, İngiltərə Qətərdə təşkil olunan mundialda 1/4 finalda Fransaya 1:2 hesabı ilə məğlub olmuşdu.
