"Mançester Yunayted" isveçrəli üçün hərəkətə keçdi

21:17 - 18 Dekabr 2022

"Borussiya"nın (Münhenqladbax) qapıçısı Yan Sommer karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az “TeamTalk”a istinadən xəbər verir ki, “Mançester Yunayted”in nümayəndələri qapıçının agenti ilə danışıqlar aparıb.

Sommerin "Borussiya" ilə müqaviləsi mövsümün sonunda başa çatdığı üçün “qırmızı şeytanlar” onu pulsuz transfer etmək istəyir.

34 yaşlı qapıçı "Bazel", "Vaduts" və "Qrashopper"də oynayıb. 

 

Xəbər xətti