Pele: "Maradona indi gülümsəyir"

10:16 - 19 Dekabr 2022

Braziliyanın heyətində üçqat dünya çempionu olmuş Pele hesab edir ki, Argentina yığmasının kapitanı Lionel Messi dünya çempionluğunu qazanmağa layiq idi.

Sportal.az xəbər verir ki, futbol əfsanəsi instaqram səhifəsində dünya çempionatının Argentina və Fransa yığmaları arasında keçirilmiş, birincilərin qələbəsi ilə yekunlaşan görüşündən sonra bunları yazıb:

"Futbol öz hekayəsini həmişə olduğu kimi valehedici şəkildə danışmağa davam edir. Messi öz yolunda layiq olduğu kimi ilk dünya kubokunu qazanır. Mənim əziz dostum Mbappe finalda dörd qol vurdu. Bu tamaşanı izləmək hədiyyə idi. Təbriklər Argentina! Əlbəttə ki, Dieqo Maradona indi gülümsəyir. Mərakeş komandasını inanılmaz kampaniyaya görə təbrik etməyə bilməzdim. Afrikanın parıltısını görmək çox gözəldir".

Xəbər xətti