"Qarabağ"la matçda "Qəbələ"yə kömək edə bilməyəcək

12:19 - 19 Dekabr 2022

"Qəbələ" bu gün ölkə kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la cavab oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, bölgə klubuna bu matçda kömək edə bilməyəcək oyunçular var.

İlkin Qırtımov zədə səbəbindən meydana çıxmayacaq.

Bu görüşdə Rafael Utziqin də, "Qəbələ"yə kömək etməsi sual altındadır.

Braziliyalı zədəsini sağaltdıqdan sonra yeni-yeni məşqlərini bərpa edib.

“Qəbələ” – “Qarabağ” oyunu dekabrın 19-da keçiriləcək və saat 16:00-da başlanılacaq.

Xəbər xətti