Azərbaycanın 13 cüdoçusu İsraildə yarışa çıxacaq

13:48 - 19 Dekabr 2022

Dekabrın 20-22-də İsraildə Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxil olan sonuncu yarış -“World Masters” turniri keçiriləcək.

Sportal.az xəbər verir ki, yarışda ölkəmizi 13 idmançı təmsil edəcək.

Kişilərdən Balabəy Ağayev, Kəramət Hüseynov, Turan Bayramov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Elcan Hacıyev, Səid Mollayi, Zelim Tçkayev (81 kq), Məmmədədli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) tatamiyə çıxacaq. Qadınlardan isə Leyla Əliyeva (48 kq) mübarizə aparacaqlar.

Turnirdə 58 ölkədən 367 cüdoçu iştirak edəcək.

Xəbər xətti