Braziliya millisinin üzvləri Riçarlison və Neymar 2022-ci il dünya çempionatının ən baxımlı qolu mükafatına iddialılar sırasına düşüb.
Sportal.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Riçarlisonun Serbiya və Cənubi Koreyaya, Neymarın isə Xorvatiyaya vurduğu qol bu siyahıya düşmələrinə kömək edib.
Namizədlər arasında Salim Əl-Davsari (Səudiyyə Ərəbistanı), Kodi Qakpo (Niderland), Enzo Fernandez (Argentina), Vinsent Abubakar (Kamerun), Luis Çaves (Meksika), Kilian Mbappe (Fransa) və Baek Seunq Honun (Cənubi Koreya) qolları da var.
