Argentina millisinin qolkiperi Emiliano Martinez dünya çempionatında "qızıl əlcək" mükafatının təqdimatı zamanı etdiyi ədəbsiz jestinə aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, "RMC Sport"a danışan qapıçı bunu Qətərdəki finalı matçında fransalı azarkeşlərdən intiqam alması kimi izah edib:
"Fransızlar məni fitə basırdı. Mən də, mükafat alanda onlara qarşı bunu etdim. Təkəbbürlü insan deyiləm".
Xatırladaq ki, Argentina finalda Fransaya penaltilərlə qalib gələrək dünya çempionluğunu qazanıb.
saytlarin hazirlanmasi
