Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Kriştiano Ronaldo haqda danışıb.
Sportal.az xəbər verir ki, "Tribalfootball.com"a danışan italiyalı mütəxəssis portuqaliyalı futbolçu haqda bunları deyib:
"Düşünürəm ki, yaş məsələsi Kriştianonun indiki performansına təsir edir və o, “Mançester Yunayted”ə 100% adaptasiya ola bilmədi. Bu yay ayrılmağa çalışdı, amma alınmadı. Onun çıxışına təsir edə biləcək bir çox səbəb var. Lakin Ronaldonun karyerası inanılmazdır və onun bu karyeraya sadiqliyi, gördüyü işlər sehrlidir”.
De Byazi Ronaldo ilə Roberto Bacconu ilə müqayisə edib: "Müxtəlif vaxtlarda çıxış edən, müxtəlif futbolçuları müqayisə etmək çox çətindir. Ancaq düşünürəm ki, bu oyunçular müəyyən baxımdan həqiqətən oxşardırlar. Baccio fərqli mövqedə oynasa da, yaradıcılıq baxımından Ronaldonu qabaqlayırdı”.
Xatırladaq ki, De Byazi “Breşiya”nın baş məşqçisi işləyərkən Bacco onun köməkçisi idi.
