"Qarabağ" və "Neftçi"nin oyunçuları millinin heyətindən çıxarıldı

16:15 - 19 Dekabr 2022

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi"nin üzvü Həsən Mahmudov və "Qarabağ" komandasının oyunçusu Əfsun Salmanov zədə səbəbindən heyətdən çıxarılıb.

​Onların əvəzinə “Qəbələ”dən Murad Əbilov və Raul Babayev hazırlıq prosesinə qoşulub.

Xəbər xətti