Fransa millisinin hücumçusu Kilian Mbappe komandanın yenidən dünya çempionu olacağına söz verib.
Sportal.az xəbər verir ki, fransalı tvitter səhifəsində növbəti dünya çempionatını nəzərdə tutaraq, çempion kimi qayıdacaqlarını bildirib:
"Biz qayıdacağıq".
Xatırladaq ki, Fransa Qətərdə keçirilmiş dünya çempionatında Argentinaya penaltilər seriyasında uduzub.
