Argentinada istirahət günü elan olundu

10:38 - 20 Dekabr 2022

Dekabrın 20-i Argentinada istirahət günü kimi qeyd olunacaq. 

Sportal.az “Todo Noticiac” telekanalına istinadən xəbər verir ki, Argentina prezidenti Alberto Fernandez millinin dünya çempionluğunu ölkədə qeyd etmək üçün müəyyən tədbirlərin həyata keçirilməsi məqsədilə bu addımı atıb. O, bununla bağlı sərəncam imzalayacaq. 

Gözlənildiyi kimi, fərmanın mətni yaxın vaxtlarda dərc olunacaq.

Daha əvvəl milli komandanın mətbuat xidmətindən bildirilmişdi ki, çərşənbə axşamı futbolçular qazandıqları titulu və çempionluğu azarkeşlərlə birlikdə qeyd etmək üçün Buenos-Ayresdən küçələrindən avtobusla keçəcək.

Xəbər xətti