"Neftçi" ölkə kubokunun 1/4 final mərhələsinin "Zirə"yə qarşı keçiriləcək cavab oyununa itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"dan Azər Əliyev, Rəhman Hacıyev, Fərid Yusifli meydanda olmayacaq.
Bu futbolçuların oynamayacağı dəqiqləşibsə, Eddi İsrafilov və Qodsvey Donyonun oynayıb-oynamayacağı bəlli deyil.
“Neftçi” – “Zirə” matçı sabah Bakıdakı “Baxell Arena” stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.
