"Kəpəz" ölkə kubokunun 1/4 finalında "Turan Tovuz"la cavab matçına itkilərlə çıxacaq.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətdə həm cəzalı, həm də zədəli futbolçular var. Zamiq Əliyevlə Ruslan Süleymanov zədə, Giorgi Kantariya isə cəza səbəbindən meydanda olmayacaq.
"Turan Tovuz" - "Kəpəz" qarşılaşması saat 14:00-da start götürəcək. Gəncədə keçirilən ilk görüş tovuzluların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
