"Real" Marko Asensioya yeni müqavilə təklif etməyib.
Sportal.az "Relevo"ya istinadən xəbər verir ki, İspaniya millisinin yarımmüdafiəçi özü "kral klubu"nda qalmaq istəyir. Ehtimal edilirdi ki, "Real" ona bu ay yeni müqavilə təklif irəli sürəcək. Amma bu baş verməyib.
Onun Madrid təmsilçisi ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.
