Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqasının XVII turunun “Kəpəz” – “Sabah” oyununda “Sabah” komandasının 29 nömrəli oyunçusu Ceyhun Nuriyev oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunsun, ümumilikdə 4 oyun olmaqla, 2 oyun şərti və 2 oyun cəzalandırılsın, klub 3200 manat cərimə edilsin (maddə 37.3)
“Sabah” komandasının qapıçılar üzrə məşqçisi Vitaliy Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 800 manat cərimə edilsin (maddə 47.3)
"Turan Tovuz" – “Neftçi” oyununda “Neftçi” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin (maddə 39.).
